ABŞ-da məxfi sənədləri gizlətməkdə ittiham olunan keçmiş ABŞ prezidenti Donald Trampın məhkəməsi 2024-cü il mayın 20-də başlayacaq.
Elchi.az xəbər verir ki, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan keçmiş prezident Donald Trampın “məxfi sənədlər” işi üzrə məhkəmənin vaxtı bəlli olub.
ABŞ-ın Dairə Hakimi Aylin Cannon Trampın məxfi sənədlərlə bağlı məhkəmə iclasının 2024-cü il mayın 20-də başlamasına qərar verib. Cannon həmçinin Trampın vəkillərinin dinləmə tarixini təyin etməmək tələblərini də rədd edib.
Nuranə Məmmədova




