"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bagiri və Papikyan sərhədimizdə: təxribat hazırlanır?

22 İyul 2023 - 09:19
in MANŞET

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bagirinin bir neçə gün öncə Azərbaycanla sərhədin sıfır nöqtəsinə gəlişi açıq suallar yaratdı:
– İrandan Azərbaycana qarşı növbəti təxribat dalğası başlaya bilərmi?
Bakı-Tehran xəttindəki vəziyyət və Bagirinin sərhədin sıfır nöqtəsində verdiyi açıqlamalar bu sualın cavabının müsbət olması ehtimalını azaldır. Azərbaycanla İran arasında diplomatik müharibəni xatırladan qarşıdurma səngiyib, Tehran Bakının tələblərini yerinə yetirməsə də, xüsusilə səfirliyimizə qarşı törədilən terror aktının istintaqından yayınsa da, müəyyən yumşalmalar müşahidə edilir, iqtisadi sferada əlaqələrin davam etdirilməsi istiqamətində addımlar atılır. Bagiri də sərhəddə Azərbaycana ünvanlanan “dost” mesajları verdi, heç bir problemin olmadığını bəyan etdi. Görünən mənzərə İrandan Azərbaycana qarşı təhdid ehtimalını zəiflədir.
Lakin İranın hərbi rəhbərliyinin son illər Azərbaycanla sərhədə məhz Bakını ittiham etmək, təhdidlər irəli sürmək üçün gəlməsi təcrübəsi fonunda Bagirinin gəlişi də diqqətəlayiq hadisədir. Və müəyyən şübhəli məqamlar nəzərdən qaçmır.
Birincisi, Bagirinin “dost” mesajı vermək üçün Azərbaycanla sərhədin sıfır nöqtəsinə qədər yol ölçməsi inandırıcı görünmür: mümkündür ki, Baş Qərargah rəisi gələcək ssenarilərə hazırlıq məqsədi üçün sərhəd qoşunlarının hazırlığını yerində yoxlayıb; Bakıya ünvanlanan “dost” mesajı da diqqəti yayındırmaq üçündür, çünki təcrübə iranlı generalların sərhədlərimizə gəlişindən şübhələnməyə əsas verir; Bagiri də bu şübhələrə yer verməmək üçün belə mövqe sərgiləyib;
İkincisi, Baş Qərargah rəisini müşahidə edənlər və verdikləri bəyanatlar da diqqətdən yayınmır: İran ordusunun komandanı Seyid Əbdürrəhim Musəvi, Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidi, Quru Qoşunların komandanı Keyumers Heydəri, Baş Qərargah rəisinin müavini Əziz Nəsirzadə və İran Ordusunun Koordinasiya üzrə müavini Həbibullah Səyyari Bagirini bu səfərdə tək qoymamışdılar, belə demək mümkünsə, İranın hərbi rəhbərliyi eyni anda Azərbaycanla sərhədin sıfır nöqtəsində idi; Musəvi “düşmənlər İran ordusunun gücünü anladı, düşmənin bütün təhdidlərinə qarşı hazırlıq görülüb” bəyanatını verdi, Həmid Vahidi isə “düşmənin təhdidlərinə qarşı son dərəcə hazırıq” dedi, amma “düşmən” dedikdə konkret kimi nəzərdə tutduqları, bunu niyə bizim sərhəfin sıfır nöqtəsində elan etdikləri aydın deyil, eyni zamanda, Bagiri Azərbaycana “dost” mesajı verdiyi vaxt onun generalları niyə “xəyali düşmən”dən bəhs edir?!
Qəribə və şübhəli məqamdır. Bagirinin səfəri birbaşa Azərbaycanla bağlı olmasa belə, başının generalları ilə sərhədə gəlişi ən azı müdafiə qabiliyyətinin yoxlanılması və gücləndirilməsi məqsədi daşıyır. O zaman daha bir açıq sual yaranır: İran Azərbaycanla sərhəddə nəyin baş verəcəyini düşünür və nəyə hazırlaşır?!
Bagirinin səfəri ərəfəsində baş verən bir hadisə açıq qalan suallara müəyyən cavablar tapmaq baxımından diqqət çəkdi.
İranın Baş Qərargah rəsi Azərbaycan sərhədinə gələndə Ermənistanın müdafiə naziri Suren Papikyan da sərhəd bölgəsinə baş çəkdi və erməni ordusunun döyüş hazırlığını, dayaq məntəqələrini, mühəndis-istehkam və fortifikasiya işlərini yoxladı. Belə demək mümkünsə, erməni ordusunu yerində döyüşə hazırladı, Bagiri İran ordusunu hazırladığı kimi. Tehran və İrəvanın Azərbaycan sərhədində eyni gündə analoji addımı atması – qoşunları döyüşə hazırlaması təsadüf ola bilməz.
Və bu Azərbaycana qarşı mümkün, həm də daha genişmiqyaslı təxribatın ola biləcəyi versiyasını ön plana çıxarır. Ermənistanın sərhəd planları artıq sirr deyil, xüsusilə sərhəd boyunca gərginlik yaratmaq və “güzgü prinsipi”ni – qoşunların geri çəkilməsi təklifini aktuallaşdırmaq üçün təxribata gedə biləcəyi gözləntisi var, İranın da bu prosesdə İrəvana bu və ya digər formada dəstək verə biləcəyi istisna edilməməlidir. Bütün hallarda Bagirinin başının dəstəsi ilə sərhədin sıfır nöqtəsinə gəlişi və bunu Papikyanla eyni gündə etməsinin təkcə “yoxlanış” məqsədi daşıdığını düşünmək sadəlövhlük olardı.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Asif Nərimanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin bitib, Rusiya inqilaba hamilədir

Next Post

Daha 22 ailə Laçına yola salındı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Daha 22 ailə Laçına yola salındı

Daha 22 ailə Laçına yola salındı

Kasetli bombalar cəbhədəki vəziyyəti necə dəyişəcək?

Kasetli bombalar cəbhədəki vəziyyəti necə dəyişəcək?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.