"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

BAXCP sədri jurnalistləri təbrik edib

22 İyul 2023 - 10:47
in Cebhe-banner, MANŞET

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media mənsublarını təbrik edib.
Təbrikdə deyilir:
Əziz jurnalistlər,
Dəyərli media mənsubları,
Sizi 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edirəm!
Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq mürəkkəb və şərəfli yol keçib, xalqımızın marifləndirilməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, incəsənətimizin təbliğində və inkişafında önəmli rol oynayıb.
Sovet rejiminin amansız represiyalarının ən ağır illərində belə Azərbaycan mətbuatının ləyaqətli nümayəndələri, söz adamları qan yaddaşımızın unudulmasına, xalqımızın milli müqavimət hissinin sarsıdılmasına, assimilyasiyaya uğramasına imkan verməyiblər.
Ötən əsrin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında, dövlət müstəqilliyimizin qazanılmasında Azərbaycan mətbuatının və bu şərəfli peşənin ayrı-ayrı nümayəndələrinin xidmətləri əvəzsizdir.
Azərbaycan jurnalistləri hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, milli maraqların qorunması, vətəndaşların hüquqlarının müdafiə olunması, inkişafımıza mane olan neqativ amillərin aşkarlanaraq ictimai rəyə təqdim olunması, daha şəffaf, daha ədalətli vətəndaş cəmiyyəti quruculuğu prosesinin ön cərgəsində olublar. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistləri silaha və qələmə sarılaraq, müzəffər Ordumuzla birlikdə 30 ilə yaxın bir müddətdə davam edən ədalətsizliyə son qoyulması uğrunda müqəddəs savaşın ön sıralarında yer aldılar, torpaqlarımızın əhəmiyyətli hissəsinin işğaldan azad edilməsinə öz töhfələrini verdilər.
Jurnalist peşəsi dünyada hələ də ən təhlükəli peşə olaraq qalmaqdadır. Hələ də media mənsubları ayrı-ayrı qaynar nöqtələrdə, münaqişə zonalarında, qarşılaşdıqları neqativ halları işıqlandırdıqları zaman təzyiq və təqiblərə, fiziki zorakılığa məruz qalır, qətlə yetirilirlər. Təkcə 2022-ci ildə öz xidməti vəzifələrini yerinə yetirərkən, yaxud xidməti vəzifələri ilə əlaqədar 86 jurnalist terrorçular, qanunsuz hərbi birləşmələr, cinayətkar qruplar tərəfindən qətlə yetirilib.
Əziz jurnalistlər,
Bu gün dövlətçiliyimizin, dilimizin, tariximizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin qorunması, milli vətənpərvərlik ruhunun yüksəldilməsi və ən başlıcası, işğaldan azad edilmiş yaşayış məntəqələrimizin yenidən qurulmasında milli mətbuatımızın da üzərinə ağır və tarixi bir vəzifə düşür. Ümid edirəm ki, Siz bu vəzifənin öhdəsindən şərəflə gələcəksiniz. Bu yolda hər birinizə möhkəm cansağlığı, dövlətimizin, millətimizin və mətbuatımızın inkişafı yolunda uğurlar arzulayıram”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran ABŞ vətəndaşını həbs etdi

Next Post

İranda səssiz etiraz aksiyası keçirildi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
İranda səssiz etiraz aksiyası keçirildi

İranda səssiz etiraz aksiyası keçirildi

Naxçıvanda hazırda “ən təhlükəli adam”…

Bakıda direktor müavini işləyirdi: Naxçıvanda vəzifə verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.