"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası ilk iclasını keçirib

22 İyul 2023 - 23:16
in İDMAN

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası ilk iclasını keçirib. Elchi.az xəbər verir ki, Assosiasiyaya yeni təyin olunmuş prezident Əməkdar məşqçi Asif Sayadov iclasa rəhbərlik edib.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Çıxışında, ona göstərilən etimada görə, gənclər və idman naziri Fərid Qayıbova və Assosiasiyanın idarə heyətinə təşəkkürünü bildirən Asif Sayadov, Çin döyüş növlərinin Azərbaycanda daha da inkişafına və bir arada daha effektiv şəkildə fəaliyyət göstərməsinə töhfə verən bu assosiasiya ilə bağlı plan və layihələri haqqında danışıb.
Assosiasiyanın strukturunda yeni təyinatlara ehtiyac duyulduğunu, namizədlərin seçilməsinin, yük bölgüsünün nizamlanmasının vacibliyini vurğulayıb.
Asif Sayadov çıxışında bildirib ki, assosiasiyada bir araya gətirilən Çin döyüş növlərinin birliyi, resursların birləşdirilməsi, təcrübə və bilik mübadiləsi, idarəetmə və təşkilat məsələlərinin daha effektiv şəkildə həll edilməsi, birgə tədbirlər, seminarlar və yarışlar təşkil etmək üçün daha böyük imkanların olmasına xidmət edəcək.
Assosiasiya, eyni zamanda, üzv olmuş federasiyalar arasında əlaqə və koordinasiyanın yaxşılaşmasına da nail olacaq, bu da assosiasiyaya üzv olan Çin idman döyüş növləri arasında fəaliyyətlərin daha düzgün və planlı aparılmasına imkan yaradacaq. İclasda iştirak edən, Gənclər və İdman Nazirliyinin nümayəndəsi kurator Əliniyaz Mirzəyev, assosiasiyaya uğurlar arzulayıb və öz tövsiyələrini verib.
Assosiasiyaya üzv olan federasiya rəhbərləri, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy və Kung Fu Federasiyasının prezidenti Nurlan Aslanov qarşıda keçiriləcək mötəbər yarışlar, hakimlik seminarları və digər tədbirlərdə federasiyalar arasında birgə əməkdaşlıq etmənin vacibliyini vurğulayıblar. Həmçinin İdarə heyəti və digər üzvlər (Mahmud Mehtioğlu, Babək Əliyev, Ehram Məcidov, Baharəddin Səlimov, Elçin Eminov, Rauf Əliyev,Arzuman Rəsulzadə və Azər Mahalov) iclasda müzakirə olunan məsələlərdə aktiv iştirak edərək fikir mübadiləsi yürüdüblər.
Yaxın günlərdə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının gələcək planları və həyata keçirilməsi nəzərdə tutulan layihəlilərlə bağlı mətbuat konfransı olacaq.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Britaniyalı nazir: “Azərbaycan-Ermənistan tarixi sazişinin imzalanacağına ümid edirik”

Next Post

“Vaqner” muzdluları Belarusa buna görə köçürüldü

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
Rusiya Baxmutda 100 min itki verib – Bayden

“Vaqner” muzdluları Belarusa buna görə köçürüldü

Bu ölkədən Türkiyəyə: Bunu nadir hallarda imzalayırıq!

Bu ölkədən Türkiyəyə: Bunu nadir hallarda imzalayırıq!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.