Rusiya prezidenti Vladimir Putin Kiyevin əks-hücumunun uğursuz olduğunu açıqlayıb.
Elchi.az bu barədə tass.ru-ya istinadən xəbər verir.
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti ilə danışıqlarda “əks-hücum yoxdur” deyib.
Putin aydınlıq gətirdi: “O var, amma uğursuz oldu”.
Rusiya Federasiyası və Belarus liderləri Strelnadakı Konstantinovski sarayında danışıqlar aparır. Belarus dövlətinin başçısı ötən gecə Rusiyaya işgüzar səfərə gəlib.
Nuranə Məmmədova






