Yunanıstanın Patra şəhərində təmir işləri aparılan körpünün qismən uçması nəticəsində bir fəhlə həyatını itirib, 4 işçi isə yaralanıb.
Elchi.az xəbər verir ki, Yunan Radio və Televiziya Qurumunun ERT-nin yerli mətbuata istinadən verdiyi xəbərdə Afina yolundakı Proastio bölgəsində təmiri davam edən 167 metr uzunluğundakı körpünün qismən çökməsi nəticəsində 1 işçinin öldüyü, 4 işçinin isə yaralandığı bildirilib.
Dağıntılar altında qalanların olduğu bildirilən xəbərdə axtarış-xilasetmə işlərinin davam etdiyi paylaşılıb.
Yaralıların Patra xəstəxanasında müalicə olunduğu qeyd edilib.
Nuranə Məmmədova




