Türk xalqının Milli Mübarizədəki qələbəsindən sonra diplomatik masa arxasında qeyd-şərtsiz suverenliyini qoruyaraq sülhə nail olduğu Türkiyənin ən mühüm qurucu müqavilələrindən biri olan Lozanna Sülh Müqaviləsi bir əsr əvvəl İsveçrənin Lozanna şəhərində imzalanmışdır.
Elchi.az bu barədə TRT Haber-ə istinadən xəbər verir.
Türkiyə Böyük Millət Məclisi (TBMM) və Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Portuqaliya, Belçika və Yuqoslaviya nümayəndələri tərəfindən əsasən Leman gölünün sahilindəki Beau-Rivage sarayında keçirilən Lozanna Sülh Konfransından sonra müqavilə 24 iyul 1923 cü ildə İsveçrənin Lozanna şəhərindəki Rumine sarayında imzalanıb.
Sülhün əldə olunması üçün diplomatiya masasına əyləşən İsmət İnönü başçılıq etdiyi Türkiyə nümayəndə heyəti 8 ay fasilələrlə davam edən danışıqların hər mərhələsində türk xalqının qeyd-şərtsiz müstəqillik hüququndan əl çəkmədi.
Lozanna Sülh Müqaviləsi 23 avqust 1923-cü ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənərək qüvvəyə minmişdir.
Sevr müqaviləsini qüvvədən salan Lozanna sülh müqaviləsi ilə Türkiyənin qeyd-şərtsiz müstəqilliyi tərəflər tərəfindən qəbul edildi.
Mustafa Kamal Atatürkün Nitqində “Bu müqavilə Türk millətinə qarşı illərdir hazırlanmış və Sevr müqaviləsi ilə tamamlandığı düşünülən böyük bir sui-qəsdin nəticəsiz qaldığını bəyan edən bir sənəddir”. Onun “Lozanna Sülh Müqaviləsi” ifadəsi ilə müəyyən etdiyi Lozanna Sülh Müqaviləsi dövlətlərin müstəqilliyinə və suverenliyinə hörməti vurğulayan xülasə və 143 maddə olmaqla 4 hissədən ibarətdir.
Türkiyənin ən mühüm qurucu müqavilələrindən biri olan Lozanna Sülh Müqaviləsi imzalandıqdan az sonra 29 oktyabr 1923-cü ildə Respublika elan edildi.
Nuranə Məmmədova





