Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RTVI” telekanalına verdiyi şərhdə pilotsuz uçuş aparatlarının Moskvaya hücumunu beynəlxalq terror aktı adlandırıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
İyulun 24-də səhər saatlarında iki pilotsuz təyyarə Moskvada binalara hücum edib. Onlardan biri Müdafiə Nazirliyinin yanındakı Komsomolski prospektinə düşüb. İkincisi Lixaçov prospektində hündürmərtəbəli binaya dəyib. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib və nəqliyyatın hərəkəti dayandırılıb.
Moskva meri Sergey Sobyanin paytaxtda iki qeyri-yaşayış binasına pilotsuz təyyarələrin vurulduğunu təsdiqləyib. O aydınlaşdırıb ki, ciddi dağıntı və tələfat yoxdur, bütün əməliyyat xidmətləri yerində işləyir.
Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna iki pilotsuz uçuş aparatı ilə paytaxtdakı obyektlərə terror hücumu həyata keçirməyə cəhd edib. Elektron müharibə vasitəsi ilə Ukraynaya məxsus iki PUA-nın qarşısı alınıb və qəzaya uğrayıb.
Havar Şəfiyeva






