Kanadanın Yeni Şotlandiya əyalətində güclü yağışın səbəb olduğu seldə 2-si uşaq 4 nəfərin itdiyi açıqlanıb.
Elchi.az BBC-ə istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində normal olaraq 3 ay ərzində yağan yağış 24 saat ərzində yağıb.
Yeni Şotlandiya əyalətində güclü yağışlar nəticəsində baş verən daşqınlarda 2-si uşaq olmaqla 4 nəfər itkin düşüb.
Ştat qubernatoru Tim Hyuston vəziyyətin qorxulu olduğunu bildirərək, ən azı 7 körpünün təmirə və ya yenidən qurulmasına ehtiyac olduğunu bildirib.
80 mindən çox insan işıqların kəsilməsindən zərər çəkib, ştatın bəzi yerlərində fövqəladə vəziyyət elan edilib.
Hyuston, suların çəkilməsinin bir neçə gün çəkə biləcəyini təxmin etdiklərini bildirdi.
Kanadanın baş naziri Castin Trudeau isə insan itkisindən təəssüfləndiyini bildirib və hökumətin bu proses zamanı vilayətin “yanında olacağına” söz verib.
Kanada Meteorologiya Xidməti əyalətin şərq bölgəsində güclü yağışların iyulun 30-dək davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Şayəstə Hüseynova




