Birləşmiş Millətlər Təşkilatının Cənubi Koreyadakı Komandanlığı (UNC) Şimali Koreya sərhədini “icazəsiz və həvəslə” keçdiyi bildirilən ABŞ əsgəri Travis King haqqında Pxenyan rəhbərliyi ilə əlaqə saxladıqlarını bildirib.
Elchi.az xəbər verir ki, BMT komandanlığının müavini general Endryu Harrison sərhədi keçən Kinqin vəziyyəti ilə bağlı açıqlamalar verib.
Harrison, Cənubi və Şimali Koreya arasında faktiki sərhəd kəndi olan Panmunjoma turist səfəri zamanı Şimali sərhədini “icazəsiz və həvəslə” keçən Kinqlə bağlı Pxenyan hökuməti ilə danışıqlara başladıqlarını söylədi.
Danışıqların 1950-1953-cü Koreya müharibəsində imzalanan atəşkəsdə müəyyən edilən Birgə Təhlükəsizlik Bölgəsindəki kommunikasiya xətti sayəsində aparıldığını bildirən Harrison, daha ətraflı məlumat verməyəcəyini bildirib.
Şayəstə Hüseynova





