İsraildə Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsi parlamentdə təsdiqləndikdən sonra ölkədə yenidən küçələr qarışıb.
Elchi.az bu barədə İHA-ya istinadən xəbər verir.
İsraildə mübahisəli məhkəmə islahatları çərçivəsində Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini parlamentin qəbul etməsindən sonra başda paytaxt Təl-Əviv olmaqla ölkə daxilində etirazlar başlayıb .
Əllərində İsrail bayraqları olan nümayişçilər bir neçə yerdə polislə toqquşub. Təl-Əvivdə Ayalon şossesini bağlayan nümayişçilərə polis təzyiqli su və gözyaşardıcı qazla cavab verib. Qüdsdə Begin şossesini bağlayan nümayişçilərə polis üfunət qoxulu su çiləyərək dağıdıb. Təl-Əvivdəki nümayişlərə qatılan bir israilli isə Şimali Koreya bayrağını daşıması İsrailin diktaturaya doğru getdiyini bildirirdi.
Sürücü Kfar Səba yaxınlığında yolu bağlayan etirazçı kütlənin üzərinə sürüb. Avtomobilin vurması nəticəsində 3 nəfər yüngül xəsarət alıb. Polis sürücünü saxlayıb.
İsrail həkimləri sabah tətil edəcəklər
İsrail Tibb Assosiasiyası mübahisəli qanun layihəsinin təsdiqinə cavab olaraq sabahdan etibarən 24 saatlıq tətil edəcəklərini açıqlayıb. Həkimlər yalnız təcili xəstələrə xidmət göstərəcəklər.
Nuranə Məmmədova




