Rusiya prezidenti Vladimir Putin rəqəmsal rublun tətbiqi haqqında qanunu imzalayıb. Müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Elchi.az bu barədə lenta.ru-ya istinadən xəbər verir.
Bu, nağd və nağdsız pul formaları ilə yanaşı, milli valyutanın üçüncü növüdür. Qanunun əsas müddəaları 2023-cü il avqustun 1-dən qüvvəyə minir.
Rəqəmsal rublla əməliyyatları xüsusi platformada həyata keçirmək mümkün olacaq. Rusiya Bankı bu informasiya sisteminin operatoru olacaq . Rəqəmsal rubl platformasının qaydaları tənzimləyicinin rəsmi saytında yerləşdiriləcək. Qanuna əsasən, Mərkəzi Bank rəqəmsal rublun hesablarının, onlarda qalıqların və istifadəçilərin əməliyyatlarının məxfiliyinə zəmanət verəcək.
Nuranə Məmmədova





