Tunisin şimal-qərbində yerləşən Cenduba əyalətində meşəlik ərazidə baş verən yanğınlarla əlaqədar bölgə sakinləri təxliyə edilib.
Elchi.az xəbər verir ki, Tunis Mülki Müdafiə İdarəsi ölkənin şimal-şərqində baş verən meşə yanğını ilə bağlı yazılı açıqlama verib.
Açıqlamaya görə, Cenduba əyalətinin Tabarka şəhərində Malula meşəsində davam edən yanğının ərazisi güclü küləyin təsiri ilə genişlənib.
Yanğının rayondakı evlərə keçmə təhlükəsi ilə üzləşdiyini vurğulayaraq, aşağıdakı ifadələrdən istifadə olunub:
“Davam edən yanğınlardan zərər görməmək üçün Əlcəzair sərhəd bölgəsinə yaxın yaşayan insanlar tamamilə təxliyə edilib. Söndürmə işləri hava, quru və dəniz yolu ilə davam edir”.
İyulun 18-də Malula meşəsində başlayan yanğında 8 hektar əraziyə ziyan dəyib. İyulun 20-də Əlcəzairə açılan Malula Sərhəd Qapısı idarə oluna bilməyən meşə yanğını səbəbindən müvəqqəti olaraq bağlanıb.
Cenduba əyalətində ötən ilin avqustunda baş verən yanğınlarda 450 hektar meşə sahəsi zərər görüb.
Şayəstə Hüseynova




