Filippinin şimalına yaxınlaşan Doksuri qasırğası səbəbindən ölkədə minlərlə insan təxliyə edilib.
Elchi.az xəbər verir ki, Filippin Meteorologiya Xidməti qasırğanın ölkənin şimal-qərbindəki Caqayan və Batanes bölgələrinə çatmasının gözlənildiyini açıqlayıb.
Səlahiyyətlilər tayfunun öz marşrutu üzrə yaşayış məntəqələrinə güclü yağışlar yağdıraraq quruda daşqın və sürüşmələrə, okeanda 3 metrlik dalğalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Filippin hökuməti tayfun səbəbilə minlərlə insanın təxliyəsinə başlayıb, məktəblərdə təhsil üç gün müddətinə dayandırılıb.Doksuri küləyinin sürətinin saatda 185 kilometrə çatdığı, Caqayandakı Tuguegarao şəhərinin 310 kilometr şərqində olduğu bildirilib. Bəzi bölgələrdə dəniz nəqliyyatı müvəqqəti olaraq dayandırılıb.Digər tərəfdən tayfunun şimal-qərbə doğru hərəkət edərək Tayvanın cənubundan Çinə çatması gözlənilir.
Şayəstə Hüseynova




