ABŞ-ın Corciya ştatında yaşayan keçmiş keşiş Devid Zandstra 1975-ci ildə Pensilvaniya ştatında keşiş vəzifəsində çalışarkən 8 yaşlı qızı öldürməkdə ittiham olunur.
Elchi.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatının Delaver dairəsinin prokuroru Cek Stollştaymer 83 yaşlı təqaüdçü keşiş Devid Zandstraya qarşı 1975-ci ildə “qəsdən adam öldürmə” və “birinci, ikinci və üçüncü dərəcəli adam öldürmə”, “uşaq oğurluğu” və buna bənzər cinayətlər ittihamı ilə ittiham irəli sürüb.
Həmin vaxt 8 yaşlı Qretçen Harrinqtonu öldürməkdə ittiham olunan Zandstranın hadisə zamanı kiçik qızın getdiyi dini düşərgədə keşiş olduğu bildirilib.
Stollsteimer verdiyi açıqlamada, Zandstranın Harrinqtonu tanıyan birinin məlumatından sonra Corciya ştatında saxlandığını və sorğu-sual edildiyini bildirib.
Zandstranın cinayətini etiraf etdiyini bildirən Stollsteimer, müttəhimin DNT nümunələrinin cinayət yerindəki dəlillərlə müqayisə ediləcəyini qeyd edib.
Stollsteimer, bu barədə məlumatı olanları, əlavə qurbanlar olarsa, araşdırma aparan insanlarla əlaqə saxlamağa çağırdı.
Şayəstə Hüseynova





