Baxmayaraq ki, Rusiya dünya bazarında Ukraynanın ərzaq ehtiyatlarını əvəz etməyə hazır olduğunu bəyan edib, lakin ABŞ Qara dəniz taxıl təşəbbüsünün bərpasını dəstəkləyir.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.
“Mən çox açıq dedim ki, Rusiya bizim əldə etdiyimiz razılaşmaya, taxıl müqaviləsinə qayıtmalıdır. Biz bunu görmək istəyirik”, – deyə Pyer Moskvanın Ukraynanın taxıl tədarükünü əvəz etmək istəyi ilə bağlı şərh sorğusuna cavab olaraq bildirib.
“Bu, bir qərardır və cavabdır”, – deyə Jan-Pyer Qara dəniz taxıl təşəbbüsünün mümkün bərpasına toxunub.
Yeganə






