Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksey Reznikovun Ukraynanın Krım körpüsünə hücumları davam etdirməyə hazır olması barədə bəyanatını şərh edib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, Zaxarova iyulun 25-də Teleqram kanalında öz fikirlərini abunəçiləri ilə bölüşüb.
Xatırladaq ki, Aleksey Reznikov “CNN” telekanalına müsahibəsində Ukraynanın Krıma və onu Rusiya materiki ilə birləşdirən Kerç körpüsünə zərbələr endirməyə davam etməyə hazır olduğunu bildirib.
“ABŞ Böyük Britaniya və Avropa İttifaqı (Aİ) ilə birlikdə bunun əvəzini ödəyəcək”, -deyə Zaxarova Reznikovun bu bəyanatına cavab verib.
Eyni zamanda, Kreml Ukrayna rejiminin terror üsullarından istifadə etdiyini dəfələrlə vurğulayır ki, bu da Rusiyanın xüsusi əməliyyatının bütün məqsədlərinə nail olmağın zəruriliyinə daha da inandırır.
İyulun 17-də Rusiya prezidenti Vladimir Putin Krım körpüsünün mülki obyekt kimi istifadə edildiyini və ona hücumun strateji baxımdan mənasız olduğunu bildirib.
Zaxarovanın sözlərinə görə, Krım körpüsünə hücumu ABŞ və Britaniya kəşfiyyat xidmətlərinin iştirakı ilə Ukrayna rejiminin nümayəndələri həyata keçirib.
Xatırladaq ki, iyulun 17-nə keçən gecə Ukraynaya məxsus iki pilotsuz təyyarə Krım körpüsünə hücum edib. Nəticədə yeniyetmə qızı ilə birlikdə dincəlmək üçün yarımadaya gedən kişi və qadın ölüb. Kiyev rejiminin hücumu nəticəsində yaralanan qız əvvəlcə Krasnodardakı xəstəxanaya, sonra isə Moskvaya aparılıb və orada həkimlər tərəfindən müalicəsi davam edir. Partlayış yolu qismən zədələyib. Krım körpüsünün dəmiryolunda hərəkət əvvəlcə dayandırılsa da, ertəsi gün, yəni iyulun 18-də qrafikə uyğun olaraq bərpa edilib. Bu infrastruktur obyektinin yol hissəsində hazırda avtomobillər əks rejimdə keçir.
Yeganə




