Belə ki, o, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Reznikovun bəyanatına cavab verib.
Elchi.az xəbər verir ki, Kiyevin Krım körpüsünə zərbə endirmək cəhdlərinin əvəzini ABŞ Avropa Birliyi və Britaniya ilə birlikdə ödəyəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram-kanalında məlumat verib.
“ABŞ, Böyük Britaniya, Aİ ilə birlikdə bunun əvəzini ödəyəcək”, – mesajda deyilir.
Belə ki, o, Ukraynanın xarici işlər naziri Aleksey Reznikovun Kiyevin Krım körpüsünə zərbə endirmək cəhdlərini davam etdirmək niyyətində olduğunu bildirən sözlərinə cavab verib. Onun sözlərinə görə, bu yolla Kiyev rus qoşunlarının yanacaq və mərmi ilə təchizatını azaltmaq istəyir.
Şayəstə Hüseynova






