ABŞ-ın keçmiş prezidenti Barak Obamanın aşpazı Tafari Kempbell Massaçusets ştatının Marta’s Vanyard adasında, keçmiş Amerika liderinin iqamətgahının yaxınlığındakı gölməçədə boğularaq ölüb. Elchi.az xəbər verir ki, bu barədə “ABC News” məlumat verir.
Qeyd edək ki, Obama ABŞ prezidentliyindən getdikdən sonra Kempbelldən işi davam etdirməsini xahiş edir : “O, o vaxtdan bəri həyatımızın bir parçasıdır və onun ölümü ilə ürəyimiz qırılır. Bu gün biz Tafarini tanıyan və sevən hər kəsə qoşularaq, həqiqətən gözəl bir insanın itkisi üçün yas tutduq “deyə Ağ Evin keçmiş rəhbəri bildirib.
Havar Şəfiyeva






