Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti KXDR-ə səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti hərbi idarəyə istinadən məlumat yayıb.
Müdafiə Nazirliyinin rəhbəri iyulun 25-də Şimali Koreyaya səfərə gələcək və iyulun 27-dək respublikada olacaq. Burada Koreya xalqının 1950-1953-cü illər azadlıq müharibəsində qələbəsinin 70 illiyi münasibətilə keçirilən bayram tədbirlərində iştirak edəcək.
Qeyd edilir ki, səfər Moskva ilə Pxenyan arasında hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcək və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələyə çevriləcək.
Qeyd edək ki, bundan əvvəl Təbii Sərvətlər Nazirliyinin rəhbəri, Rusiya Federasiyası-KXDR hökumətlərarası komissiyasının həmsədri Aleksandr Kozlov bildirmişdi ki, Rusiya 2023-cü ildə Şimali Koreyaya taxıl tədarük etməyə hazırlaşır.
Havar Şəfiyeva





