NATO ölkələri Ukraynada Rusiya ilə münaqişəyə qarışıb. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
Rusiya XİN rəhbərinin müavini xatırladıb ki, iyulun 26-da Ukrayna-NATO Şurasının çağırılması planlaşdırılır. O qeyd edib ki, Moskva bu hadisə ilə bağlı hadisələrin necə inkişaf edəcəyini diqqətlə izləyir.
“Biz hesab edirik ki, NATO Ukraynada Rusiya ilə hərbi qarşıdurmada açıq şəkildə iştirak edir, artıq bu hərəkətlərin birbaşa iştirakçısıdır. NATO hərbi blokunun hərəkətlərə cəlb olunmasının genişlənməsindən danışmaq olar. Biz belə halları yolverilməz hesab edirik”, – deyə diplomat bildirib.
Qeyd edək ki, iyulun 12-də NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının yaradılmasını elan edib.
Havar Şəfiyeva




