ABŞ Rusiya ilə münaqişənin davam etməsi üçün Ukraynaya pul ayırmağa davam edir. Elchi.az xəbər verir ki, Lenta.ru ilə söhbətində Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Vaşinqtonun Kiyevə hələ də maliyyə yardımı etməsinin səbəbini izah edib.
ABŞ prezidenti Co Baydenin Ukraynaya növbəti yardımla bağlı hər açıqlaması yalnız bir daha vurğulayır ki, Vaşinqtonun vəzifəsi nəyin bahasına olursa olsun Rusiya və Ukrayna arasında silahlı qarşıdurmanı davam etdirməkdir. Döyüş əməliyyatları nə qədər uzun sürsə, Vaşinqton bir o qədər çox məqsədə çatacaq. Birincisi, Ukrayna qarşıdurmanın ən ağır yükünü çəkəcək. Digər tərəfdən, onlar Rusiyanın daim müharibə şəraitində olmasından zəifləyəcəyini gözləyirlər”, – deyə senator hesab edir.
Qeyd edək ki, Avropa Birliyi yeni yardım paketi hazırlayıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “Twitter”də yazıb ki, Kiyev infrastrukturun təmiri və ölkəyə dəstək üçün 1,5 milyard avro alacaq.
Havar Şəfiyeva



