İsveçrənin La Chaux-de-Fonds bölgəsində güclü qasırğa nəticəsində bir nəfər ölüb, ən azı 15 nəfər yaralanıb.
Elchi.az bu barədə İHA-ya istinadən xəbər verir.
Ötən gün sürəti saatda 217 kilometrə çatan fırtına İsveçrənin şimalında Fransa sərhədində yerləşən La Chaux-de-Fonds bölgəsində təsirli olub.
Şiddətli fırtınada ağaclar və elektrik dirəkləri yıxılıb, kilsə və məktəbin damları, ən azı 15 ev uçub, onlarla avtomobilə ziyan dəyib.
Polis 50 yaşlarında bir şəxsin tikintidə kranın aşması nəticəsində öldüyünü açıqlayıb.
Açıqlamada, fırtına nəticəsində yaralanan ən azı 15 nəfərin müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.
Nuranə Məmmədova




