“Ölkəmizdə ən çox meşə yanğınları Qəbələ, Şabran, Şamaxı, Şəki, Zaqatala, Quba, Masallı, Lənkəran RMTM-in xidməti ərazilərində baş verir. Meşə yanğınlarına əsasən iyul-avqust aylarında təsadüf edilir”.
Bu fikirləri Elchi.az-a açıqlamasında
ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi əvəzi Cabbar Qəribov deyib.
Onun sözlərinə görə bu, həmin aylarda quraqlıq və hava şəraitinin isti keçməsi ilə səciyyələndirilir:
“Meşələrimizin 98,4%-i enliyarpaqlı cinslərdən ibarət olduğuna görə yanğınlar əsasən aşağı, zəif intensivlikdə ötəri davamlı, bəzi hallarda orta intensivlikdə aşağı davamlı və qaçaraq olur, bu səbəbdən də ciddi oduncaq itkisinə yol verilmir, əksər hallarda ərazidəki quru ağaclar, yeniyetmə və kollar, tör-töküntü, meşə döşənəyi yanaraq məhv olsa da, yaş halda olan ağaclar, təbii bərpa və kollar əsasən ütülür və onların bioloji inkişafdan qalma etimalı az olur”.
Havar Şəfiyeva




