NATO-nun şərqə doğru genişlənməsi Avrasiya sivilizasiyasına ziyan vurur. Elchi.az xəbər verir ki, bunu RİA Novostiyə müsahibəsində Macarıstanın ifrat sağçı “Bizim Vətən” partiyasının lideri Laslo Torotskai deyib.
“Biz kökündən NATO-nun Avropanın genişlənməsinə qarşıyıq, çünki bu, sivilizasiyamızın qərb və şərq hissələri arasında onsuz da çox təhlükəli və zərərli olan gərginliyi daha da gücləndirir” deyə o bildirib.
Siyasətçi xatırladıb ki, Rusiya Avrasiya sivilizasiyasının bir hissəsidir.
Qeyd edək ki, bundan əvvəl Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun NATO-nu dünyada mövcud siyasi böhranda ittiham edib. Diplomatın sözlərinə görə, Şimali Atlantika Alyansının ardıcıl genişlənməsi bu vəziyyətə gətirib çıxarıb.
Havar Şəfiyeva





