Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, amerikalılar dünya iqtisadiyyatına qarşı repressiv mexanizmdən güclü və əsaslı şəkildə istifadə edirlər.
Elchi.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının qeyri-qanuni hərəkətləri bütün dünya iqtisadiyyatını ən dərin stress altında qoyur. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində deyib.
“Dünya iqtisadiyyatı Amerikanın bu qanunsuzluğunun hücumu altındadır. Dünya iqtisadi əlaqələrinin olduğu şok vəziyyətindədir”, – Zaxarova ABŞ sanksiyalarına, azad biznesin təqibinə və şirkət nümayəndələrinin həbsinə toxunaraq deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, amerikalılar dünya iqtisadiyyatına qarşı repressiv mexanizmdən güclü və əsaslı şəkildə istifadə edirlər.
“Rus deyil, vurğulayıram. Ümid edirəm ki, heç kimin ABŞ-ın bizimlə, bütün dünya ilə problemlərinin olması ilə bağlı illüziyası yoxdur”, – Zaxarova davam edib.
Şayəstə Hüseynova





