Fransa prezidenti Emmanuel Makron rəsmi səfərdə olduğu Hind-Sakit Okeanda ölkəsinin muxtar bölgəsi Yeni Kaledoniya üçün 2024-cü ilin əvvəlində Fransa konstitusiyasında konsensus əsasında dəyişikliklər edəcəklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, bölgənin paytaxtı Numeada açıqlamalar verən Makron 2024-cü ilin əvvəlində bölgəyə yeni status verəcək bəzi konstitusiya tənzimləmələri edəcəklərini bildirib.
Bölgə əhalisinin 44 faizini təşkil edən Kanakların boykot etdiyi 2021-ci il müstəqillik referendumunda “yox” səsinə toxunan Makron, Yeni Kaledoniyanın Fransa olaraq qalmağı seçdiyini müdafiə edib.
Fransanın 1853-cü ildə ilhaq etdiyi və 1946-cı ilə qədər müstəmləkə ölkəsi kimi hökm sürdüyü adada müstəmləkə keçmişinin unudulmasının istənilmədiyinə diqqət çəkən Makron, “Bu, birlikdə aşmalı olduğumuz bir yoldur. Peşmanlıq yolu deyil, qardaşlıq, haqq və cəsarətin yoludur”. dedi.
Şayəstə Hüseynova





