Paskal Mönye Azərbaycan rəhbərliyinə təşəkkür məktubu göndərdi
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycan rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb.
Səfir bəyanatında Parisdə törədilmiş qətllərin ertəsi günündən etibarən ona ünvanlanan həmrəylik və şəfqət məktubları üçün Fransa dövləti və Fransa səfirliyinin komandası adından səmimi qəlbdən təşəkkür edib.
“Qətlin elan olunmasından dərhal sonra ölkə başçısı İlham Əliyev fransalı həmkari Fransua Ollanda və Fransa xalqına başsağlığı məktubu ünvanladı. Bilirəm ki, “Charlie Hebdo” tərəfindən çap edilmiş peyğəmbərin çoxsaylı karikaturaları, habelə qətldən sonra sağ qalmış jurnalistlər tərəfindən hazırlanmış jurnalın ön səhifəsi dünyada və Fransada bir çox müsəlmanlara toxunub. Mən bunu anlayıram. Burada keçilməsi mümkün olmayan hədd zorakılıqdır və zorakılığın praktikası nə bu gün, nə də gələcəkdə qəbul ediləcək”.
ANS-TV



