Avstraliyanın xarici işlər naziri Penni Vonq İsveç və Danimarkada Qurani-Kərimin yandırılmasını pislədiklərini bildirib.
Elchi.az xəbər verir ki, Vonq, Twitter hesabından verdiyi açıqlamada, “Avstraliya, Danimarka və İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyir” ifadəsini işlətdi.
Avstraliyanın “qərəz və nifrətə qarşı” olduğunu bildirən Vonq “Din azadlığının əsas insan haqqıdır” fikrini paylaşıb.
Vonq həmçinin İraqdakı “zorakı” etirazlarla bağlı narahatlığını ifadə edib və “zorakılığa və parçalanmaya qarşı birlikdə dayanmaq” mesajını verib.
Şayəstə Hüseynova




