Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Odessanın tarixi mərkəzini atəşə tutmaqda Rusiyanı günahkar adlandıran YUNESKO-nun rəhbəri Odri Azuleni səlahiyyətlərini aşmaqda ittiham edib. Elchi.az bu barədə TASS-a istinadən yazır.
Zaxarova qeyd edib ki, bu sənəddə “Rusiyanın dünya irsinin bufer zonasına – Odessanın tarixi mərkəzinə etdiyi hücumların pislənməsi” haqqında yazılıb.
“Fransa vətəndaşı olan YUNESKO-nun baş direktoru xanım Azule növbəti dəfə Rusiyanı hücumlarda, təcavüzdə və mədəni obyektlərin qəsdən məhv edilməsində günahlandıraraq səlahiyyətlərini aşıb”, – Rusiya XİN-in nümayəndəsi bildirib.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, bu işdə ən çox ehtimal olunan səbəb Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən atılan raketin kafedralın üzərinə düşməsi olub.
Havar Şəfiyeva





