Polşa ölkəyə qeyri-qanuni tullantıların gətirilməsinə görə Almaniyadan Avropa İttifaqı məhkəməsinə şikayət edib və zibillərin götürülməsini tələb edib. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu İqlim və Ətraf Mühit Nazirliyinin rəhbəri Anna Moskva deyib.
Nazirin sözlərinə görə, Varşavanın başqa seçimi yox idi. Onun sözlərinə görə, Polşa dəfələrlə qərbli tərəfdaşının diqqətini bu problemə yönəldib.
Bundan əvvəl Avropa Məhkəməsi Varşavanı vətəndaşların hüquqlarını pozmaqda təqsirli bilib. Avropa instansiyasına görə, məhkəmə-hüquq islahatlarından sonra Polşa hakimiyyəti hakimlərə həddən artıq təsir göstərir, çünki onlar hakimləri təyin və vəzifədən azad edə bilirlər. Məhkəmə 2021-ci ilin oktyabrında Varşavaya qarşı gündəlik 500 min avro cərimə ödəməsi tələbini ləğv etdi, lakin artıq yığılmış 557 milyon borcun ödənilməsini tələb edib.
Havar Şəfiyeva





