Milli Müdafiə naziri Yaşar Gülər Şimali Makedoniya, Bosniya və Herseqovina, Tanzaniya, Yəmən və Konqonun müdafiə nazirləri ilə görüşüb.
Elchi.az xəbər verir ki, Nazir Gülər Türkiyə Silahlı Qüvvələri Fondunun bu il təşkil etdiyi 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF’23) iştirak etdiyi TÜYAP-da ikitərəfli görüşlər keçirir.
Sərginin ikinci günündə nazir Gülər Şimali Makedoniyanın müdafiə naziri Slavjanka Petrovska, Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez, Tanzaniyanın müdafiə və milli xidmət naziri İnnocent Lugha Başunqva, Yəmənin müdafiə naziri general-mayor Mohsen Muhammed Al Daeri və Konqonun Müdafiə naziri Çarlz Riçard Mondjo ilə görüşüb.
Gülər Liviya Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli Həddadi də qəbul edib.
Nuranə Məmmədova




