ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ rəsmiləri bu həftə Qətərin paytaxtı Dohada Taliban rəsmiləri ilə görüşəcək.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ rəsmiləri bu həftə Qətərin paytaxtı Dohada Taliban rəsmiləri və Əfqanıstanın əsas nazirliklərinin “texnokratik peşəkarları” ilə görüşəcək.
Bəyanatda bildirilib ki, iclasda iqtisadiyyat, təhlükəsizlik, qadın hüquqları, narkotik istehsalı və qanunsuz dövriyyəsi ilə mübarizə müzakirə olunacaq.
Nuranə Məmmədova





