Rusiya Prezidenti Vladimir Putin Misirlə iqtisadi əməkdaşlığın, xüsusən də nüvə enerjisi sahəsində uğurla inkişaf etdiyini qeyd edib.
Elchi.az xəbər verir ki, Prezident bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə ikitərəfli görüşdə bildirib.
“Bizim böyük, güclü layihələrimiz var, xüsusən, mən atom elektrik stansiyasının tikintisi ilə bağlı məşhur layihəni nəzərdə tuturam. Bu, plana uyğun həyata keçirilir”, – Rusiya rəhbəri bildirib.
İyulun 26-da Vladimir Putin Sankt-Peterburqdakı Konstantinovski sarayında misirli həmkarı ilə görüşüb. Bildirilir ki, Misir prezidenti görüşə rusiyalı “Arus” markalı avtomobillə gəlib.
Nuranə Məmmədova






