Afrika İttifaqının rəhbəri, Komor Adaları İttifaqının prezidenti Azali Assoumani Ukrayna prezidenti Vladimir Zelenskinin sülh planı ilə maraqlanmadığını bildirib. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
“Onun danışıqlara başlamazdan əvvəl şərtlərin yerinə yetirilməsini tələb etdiyi bu mövqe artıq hər yerdə bəlli görünür. Lakin biz hələ də onun marağına dair inandırıcı sübut almamışıq”, – deyə siyasətçi qeyd edib.
Assumani qeyd edib ki, o, münaqişənin həlli ilə bağlı təklifləri müzakirə etmək üçün Zelenski ilə görüşüb. O, əlavə edib ki, Ukrayna liderinə danışıqlar masası arxasına əyləşməyi təklif edib, lakin o, bu prosesə başlamazdan əvvəl öz şərtlərini qoymaq niyyətindədir.
Afrika İttifaqı sədrinin sözlərinə görə, Ukrayna dövlətinin başçısı öz mövqeyini, o cümlədən silahın köməyi ilə nəticə əldə etməyin mümkünsüzlüyü fikrini səmimiyyətlə qeyd edib.
Qeyd edək ki, iyunun 16-da Zelenski Afrika ölkələrinin yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı o, Rusiya ilə münaqişəni dondurmaqdan imtina etdiyini bəyan edib və yenidən Rusiya qüvvələrinin Kiyev hakimiyyətinin tələb etdiyi ərazilərdən çıxarılmasını tələb edib.
Havar Şəfiyeva






