Rusiyanın ABŞ-dakı səfirliyi “Telegram” kanalında 2022-ci ilin fevralından bəri Donetsk və Luqansk Xalq Respublikalarında (DXR və LPR) mülki vətəndaşların öldüyünü açıqlayıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
“Bu münaqişələrdə 5000-dən çox mülki şəxs, o cümlədən 200-ə yaxın azyaşlı öldürüldü. Kiyev rejiminin qəddarlığı hədsizdir”, – diplomatik nümayəndəlik vurğulayıb.
Səfirlik həmçinin xatırladıb ki, 2022-ci ilin fevralından bəri DXR və LXR əraziləri Ukrayna Silahlı Qüvvələri tərəfindən 19 min dəfədən çox atəşə tutulub.
Qeyd edək ki, iyulun əvvəlində ABŞ kasetli sursatları Ukraynaya təhvil verəcəyini açıqlanıb. ABŞ prezidenti Co Baydenin administrasiyası izah edib ki, belə mərmilərdən istifadə mülki şəxslər üçün risk daşıyır, ona görə də Birləşmiş Ştatlar onların ötürülməsi qərarını təxirə salıb.
Havar Şəfiyeva






