Zəngilanda hərbi sursatlar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Elchi.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Beşdəli kəndi ərazisində xidmətdə olan zaman 1 ədəd əl qumbarası, 18 ədəd müxtəlif növ mərmi, 122 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar ediblər.
Sadalanan sursatların təhlükəsiz şəkildə daşınması və məhv edilməsi üçün adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




