İsraildə 830 hərbçi ölkə daxilində kütləvi etirazlara və gərgin ictimai müzakirələrə səbəb olan məhkəmə islahatlarına cavab olaraq istefa vermək qərarına gəlib.
Elchi.az xəbər verir ki, İsrail İctimai Yayım Korporasiyası (KAN) İsrail Hərbi Hava Qüvvələrinin təxminən 830 əsgərinin, o cümlədən 260-dan çox pilotun postu tərk etdiyini bildirib.
İsrail ordusu radiosunda adı açıqlanmayan ordu sözçüsü qeyd edib ki, əsgərlərin imtinası “ordunun effektivliyini təhlükə altına alır”.
İsrail Baş Qərargah rəisi Herzi Halevi, hökumətin mübahisəli məhkəmə nizamnaməsinə etiraz etmək üçün könüllü ehtiyat xidmətini tərk edən əsgərlərə yazdığı açıq məktubda, dünən paylaşdığı açıq məktubda, “Güclü və bütöv bir ordumuz olmasaydı, Ən yaxşı seçim orduda xidmət etməməkdir, biz bu regionda ölkə olaraq mövcud ola bilmərik”. sözləri işlətmişdi.
Şayəstə Hüseynova




