16-17 noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ETN İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.
Konfransda Zəngəzur koridorunun region ölkələrinin iqtisadiyyatına və dünya ticarətinə təsirləri, Koridorun texniki-iqtisadi və maliyyə təminatı məsələləri, onun dəniz daşımalarına mümkün təsirləri kimi problemlər müzakirə olunacaqdır.
Nəqliyyat, logistika, kommunikasiya sahələrini idarə edən dövlət qurumlarının, Orta dəhliz üzərində yerləşən ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycandan və xarici ölkələrdən olan alimlər, ölkələrarası daşımaçılıq üzrə ekspertlər Konfransda iştiraka dəvət edilirlər.
Konfrans, birinci iş günü Zəngilanda, ikincisi isə Bakıda olmaqla 2 gün ərzində əyani formada keçiriləcəkdir. Məruzə və müzakirələrin İnternet üzərindən açıq izlənməsi imkanı təmin ediləcəkdir.
Konfransın işçi dilləri – Azərbaycan, türk, ingilis və rus dilləridir.
İştirak üçün müraciətlər, məqalələr və məruzə tezisləri bu il oktyabrın 15-dək bu elektron ünvana göndərilməlidir: sabina_esedova@mail.ru.
Konfransın materialları kitab şəklində nəşr olunacaqdır. Təqdim olunan əsərlərin tərtibi qaydaları ETN İqtisadiyyat İnstitutunun saytında yerləşdirilmişdir (http://economics.com.az/).
Əlavə məlumatları Təşkilat Komitəsinin əlaqələndiricisi, i.f.d., dosent Azər Səfərovdan almaq mümkündür (mob.: +994 50 747 26 49).
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...





