Səudiyyə Ərəbistanı Kopenhagendə Qurani-Kərimin yandırılması ilə əlaqədar Danimarkanın Ər-Riyaddakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Danimarkada radikal bir qrupun Quranı yandırmaq, İslam və müsəlmanlara qarşı irqçi şüarlar səsləndirmək kimi hərəkətlərinin daha əvvəl də pisləndiyi bildirilib.
Açıqlamada Danimarkanın Ər-Riyaddakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz notası verildiyi, beynəlxalq normalara, qanunlara uyğun gəlməyən bu cür biabırçı hərəkətlərin qarşısının alınması üçün Danimarkadan istənildiyi vurğulanıb.
“Səudiyyə Ərəbistanı dinlər arasında nifrət yayan bu hərəkətləri qəti şəkildə rədd edir”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qrupunun üzvləri Quranı yandırıblar.
İslam əleyhinə pankartlar açıb İslamı təhqir edən şüarlar səsləndirən qrup üzvləri iyulun 21-də İraq, 24-də İran və İraq, 25-də isə Misir və Türkiyə səfirlikləri qarşısında Quran oxuyublar. Kopenhagendə Kərim yandırıldı.
Şayəstə Hüseynova




