Braziliya Ali Məhkəməsi Rusiya vətəndaşı Sergey Çerkasovu ABŞ-a ekstradisiya etməkdən imtina edib. Elchi.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilir.
Məhkəməyə bir rusiyalının ekstradisiyası üçün Rusiyadan və ABŞ-dan iki sorğunun daxil olduğu bildirilir.
Qeyd edək ki, 2023-cü ilin martında ABŞ hakimiyyəti Çerkasovu xarici dövlətin maraqları naminə casusluqda, habelə bank və viza fırıldaqları da daxil olmaqla fırıldaqçılıqda ittiham edib. Vaşinqtonda o, Rusiya kəşfiyyatçısı hesab edilir. Braziliya vətəndaşı Viktor Müller Ferreyra adı ilə ABŞ-da agent kimi fəaliyyət göstərməyə çalışıb. Departament həmçinin iddia edib ki, rusiyalı Haaqa Beynəlxalq Cinayət Məhkəməsində işə düzəlməyə çalışır. Orada iddiaya görə rədd cavabı alıb və Braziliyaya qayıdıb. Daha sonra dələduzluq ittihamı ilə həbs edilib.
Havar Şəfiyeva





