Baş nazir Əli Əsədov “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Elchi.az xəbər verir ki, qərara əsasən, müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı dəyişdirilib.
Qərarla çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sənədlərin siyahısından çıxarılıb.
Digər bir dəyişikliklə isə uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün tələb olunan uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sənədlərin siyahısından çıxarılıb.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...





