Moskva Rusiyada yaşayan xarici jurnalistləri və diplomatları izləmək üçün məxfi xüsusi kəşfiyyat bölməsini yenidən işə salıb. DKRO bölməsi 3 ABŞ vətəndaşını həbs edib. “KQB kimi işləyən” bölmə diplomatların evlərinə soxulur, maşınlarını qəzaya uğradır, uşaqlarını izləyir.
Elchi.az xəbər verir ki, Qlobal kəşfiyyat inkişaflarını işıqlandıran “Intel News”da dərc olunan xəbərdə Rusiyanın əcnəbiləri, xüsusilə də Amerika vətəndaşlarını hədəf alan köhnə əks-kəşfiyyat bölməsini yenidən aktivləşdirdiyi iddia edilir. Rusiyanın daxili təhlükəsizlik qurumu olan FSB-nin nəzdində yaradılan Əks-kəşfiyyat əməliyyatları departamenti (DKRO) Sovet İttifaqının dünya şöhrətli kəşfiyyat orqanı olan KQB-nin prioritet vəzifələrindən biri olan “ölkədə əcnəbilərə nəzarət etmək səlahiyyətinə malikdir.
Şayəstə Hüseynova




