Kanadada davam edən və “ölkə tarixinin ən böyük yanğını” olaraq qeyd edilən meşə yanğınlarında həyatını itirən yanğınsöndürənlərin sayı 3-ə yüksəldi.
Elchi.az BBC-ə xəbər verir ki, səlahiyyətlilər Kanadanın Britaniya Kolumbiyası bölgəsində meşə yanğınları ilə mübarizədə bir yanğınsöndürən öldüyünü açıqlayıb.
Beləliklə, builki meşə yanğınlarında həyatını itirən yanğınsöndürənlərin sayı 3-ə yüksəlib.
Kanadada nəzarət altına alına bilməyən yanğınlar səbəbiylə sakinlər cənubda ABŞ sərhədinə doğru təxliyə edilərkən, davam edən yanğınların üçdə birinin Britaniya Kolumbiyası bölgəsində olduğu açıqlandı.
Şayəstə Hüseynova




