"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ölüm xəbəri yayılan Surət Hüseynov kimdir?

31 İyul 2023 - 14:32
in CƏMİYYƏT

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun vəfat etdiyi ilə bağlı təsdiqini tapmayan (hazırda komada olduğu və reanimasiyaya yerləşdirildiyi iddia edilir – red.) məlumatlar yayılıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, 1959-cu ildə Gəncə şəhərində anadan olan Surət Davud oğlu Hüseynov Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991), Azərbaycan Respublikasının baş nazirinin müavini, baş nazir, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri olub.

1977-ci ildən 1979-cu ilə qədər sovet ordusunda xidmət edib. 1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb.

1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışıb. Keçmiş prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilib və Hüseynov korpusun komandanı təyin edilib.

1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisinin 52%-i — Gülüstan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad edilib. Bu xidmətlərinə görə 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Syrət Hüseynov 4 iyun 1993-cü ildə qiyam qaldırıb. Bu qiyamın nəticəsində ölkə vətəndaş müharibəsi Astanasına gəlib, vəziyyətdən çıxmaq üçün Naxçıvan Ali Məslicinin sədri Heydər Əliyev Bakıya dəvət edilib, bunun ardınca Prezident Elçibəy Kələkiyə gedib.

Surət Hüseynovun qiyamı onun baş nazir təyin edilməsi ilə başa çatıb.

“Dövlət içində dövlət olan” Surət Hüseynov 1994-cü ilin oktyabrında yenidən dövlət çevrilişinə cəhd edib. Rusiyanın bəlli dairələrindən idarə edilən Surət Hüseynovun qiyam cəhdinin səbəbinin isə 20 sentyabr 1994-cü ildə Azərbaycanın “Əsrin müqaviləsi” adlanan neft sazişlərini Rusiyanın iradəsi əleyhinə bağlaması və Bakının tam müstəqil siyasət aparmasına qarşı Kremlin cavab tədbirləri hesab edilir.

Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Həbsdən azad olandan sonra Surət Hüseynov xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olurdu.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qarabağ ermənilərini köçürmək lazımdır – Surenyants

Next Post

Nigerdən Fransa ilə bağlı qadağa

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Nigerdən Fransa ilə bağlı qadağa

Nigerdən Fransa ilə bağlı qadağa

Surət Hüseynov İstanbula niyə gedirmiş?

Surət Hüseynov İstanbula niyə gedirmiş?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.