Qərbin sanksiyalarına və Rusiyadakı fəaliyyətlərinin dayandırılması ilə bağlı ictimai açıqlamalara baxmayaraq, Böyük Britaniya hakimiyyəti yerli istehsalçılara dağ-mədən sənayesi və qalıq yanacaq hasilatı üçün lazımi avadanlıqların Rusiyaya ixracını qadağan etmir. Elchi.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti alınan ticarət məlumatlarına istinadən xəbər verir.
Nəşrdə qeyd edildiyi kimi, Nazirlər Kabineti Rusiyanın mədən yanacaqlarının çıxarılması və dağ-mədən sənayesi üçün vacib olan avadanlıqların ixracına göz yumur. London isə iddia edir ki, Rusiyaya qarşı sanksiyalar iri iqtisadiyyata qarşı indiyədək atılan ən sərt iqtisadi tədbirlərdir.
Havar Şəfiyeva





