"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycanın Priqojini” öldü – Markov

01 Avqust 2023 - 10:24
in MÖVQE

“Azərbaycanın Priqojini”, polkovnik Surət Hüseynov öldü. Onun ulduzu 1993-cü ildə parladı. O zaman Azərbaycanda hakimiyyətdə AXC-dən olan qeyri-peşəkar, antirusiya millətçiləri var idi. Onlar Qarabağ uğrunda müharibəni Ermənistana uduzdular.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Daha sonra polkovnik Hüseynov 1993-cü ilin iyununda Gəncədə üsyan qaldıraraq Bakıya qoşun yeritdi və AXC hökumətini devirdi”, – Markov qeyd edib.

Daha sonra Markov “Surət Hüseynov hakimiyyəti idarə edə bilmədiyi üçün uzun illər Sovet Azərbaycanının başçısı olmuş Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi” deyə tariximizlə bağlı ciddi bir yanlışa yol verir. Belə ki, Heydər Əliyevi Surət Hüseynov dəvət etməyib, Surət Hüseynovun qiyamı və faktiki olaraq vətəndaş müharibəsi ilə üz-üzə qalan ölkənin rəhbəri – Əbülfəz Elçibəy Heydər Əliyevə Ali Məclisin sədri vəzifəsini təklif etmişdi (Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi həm də Azərbaycan Ali Məclisinin sədr müavini idi – red.). Çünki xalqın güvəndiyi şəxs olaraq Azərbaycanı yalnız Heydər Əliyevin xilas edəcəyini, Rusiyanın oyununu yalnız onun poza biləcəyini bilirdi. Surət Hüseynov Rusiyaya bağlı idi.

“Əliyev respublikanın başçısı oldu. Hüseynov isə Baş nazir. Bir ildən sonra o anladı ki, bütün real hakimiyyət təcrübəli Heydər Əliyevin əlindədir. Onda Hüseynov 1994-cü ilin oktyabrında qiyam qaldırdı. Uduzdu. Rusiyaya qaçdı. Rusiya onu Azərbaycana təhvil verdi. Məhkəmə, həbsxana. Bir neçə il sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv edildi. Heydər Əliyev tərəfindən yaradılan yeni Azərbaycan irəliyə doğru getdi. Daha sonra İlham Əliyev Ermənistana İkinci Qarabağ müharibəsində qalib gəldi, Qarabağı qaytardı və bütün Qarabağı qaytarmağa da çox yaxındır. Heydər Əliyev və İlham Əliyev görkəmli dövlət xadimi olmağı bacardılar. Amma Hüseynov artıq bütün bunları televizorda izlədi. Yəqin ki, çox fikirləşib. Bəlkə də xəyal edib ki, nə vaxtsa onun taleyindən bəhs edən film çəkiləcək. Yəqin ki, olacaq, amma indi yox. Çünki Hüseynovun taleyi həm Qarabağ faciəsi, həm də AXC hakimiyyətinin faciəsi ilə bağlıdır. İndi Azərbaycan faciəni xatırlamaq yox, qələbəsini qeyd etmək istəyir”, – o bildirib.

Zəruri olaraq qeyd edək ki, “sələflik prinsipi”nə görə Surət Hüseynov “Azərbaycanın Priqojini” yox, Priqojin “Rusiyanın Surət Hüseynovu” adlandırıla bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fransadan Nigerə hərbi müdaxilə ilə bağlı açıqlama

Next Post

FHN: Ötən sutka 58 yanğına çıxış olub, 7 nəfər xilas edilib

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
FHN: Ötən sutka 58 yanğına çıxış olub, 7 nəfər xilas edilib

FHN: Ötən sutka 58 yanğına çıxış olub, 7 nəfər xilas edilib

Bağçalara qəbulla bağlı növbəyaratma prosesinə başlanılır

Bağçalara qəbulla bağlı növbəyaratma prosesinə başlanılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.