Rusiya hərbçiləri Artemovsk yaxınlığındakı Kleşçeevkaya kəndinə nəzarət edirlər.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının başçısı səlahiyyətlərini icra edən Denis Puşilin deyib.
“Son məlumatlara görə, Kleşçeevkaya bizim nəzarətimizdədir”,-deyə Puşilin qeyd edib.
Bundan əvvəl o, Artemovsk şəhərinin kənarında, o cümlədən Kleşçeevkaya ərazisində şiddətli döyüşlər barədə məlumat vermişdi. Puşilinin sözlərinə görə, ukraynalı millətçilər zaman-zaman müəyyən mövqelər tutmağa nail olublar, lakin sonra rus hərbçiləri onları işğal etdikləri cərgələrdən çıxarıb, geri itələyiblər.
Yeganə





