Fransa Nigerdən öz vətəndaşlarını təxliyə etməyə başlayıb. Elchi.az Retuars-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Departament yaydığı bəyanatda evakuasiyanın avqustun 1-i çərşənbə axşamı başlayacağını açıqlayıb. Bundan əlavə, qeyd edilir ki, Fransa hakimiyyəti digər Avropa ölkələrindən vətəndaşların təxliyəsi üzərində işləyir.
Qeyd edək ki, iyulun 30-da Nigerdə etirazçılar Fransa səfirliklərini yandırdılar. Departamentin qapısı yanğına qərq olub, polis qüvvələri izdihamı saxlayaraq, onların içəri girməsinə mane olub. Aksiya iştirakçıları binanın darvazasından səfirliyin lövhəsini qoparıblar. Nümayişçilər iyulun 26-da ölkədə hakimiyyəti ələ keçirən hərbçiləri dəstəklədiklərini bəyan ediblər.
Havar Şəfiyeva






