Bildirilib ki, vegan qidalanma tərəfdarı olan sosial media fenomeni Janna Samsonova (39) Cənub-Şərqi Asiyaya səfəri zamanı yalnız ekzotik meyvə pəhrizi yeməsi nəticəsində “aclıqdan” ölüb.
Elchi.az xəbər verir ki, “New York Post” qəzetinin xəbərinə görə, Rusiya vətəndaşı Samsonovanın yaxınları tərəfindən verilən açıqlamada vegan qidalanma tərəfdarı Janna Samsonovanın iyulun 21-də “aclıqdan” öldüyü bildirilib.
Yerli mediaya görə, sosial mediada vegan qidalanmanı təbliğ edərək milyonlarla izləyiciyə çatan Zhanna D’Art kimi tanınan sosial media fenomeni Cənub-Şərqi Asiya turu zamanı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Nuranə Məmmədova





